Bakı Enerji Forumuna bu gün yekun vurulur
31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumuna bu gün yekun vurulacaq.
BAKU.WS xəbər verir ki, gün ərzində "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi", "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi", "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika", "Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi", "Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya", "Enerjinin Gələcəyi: Data Mərkəzləri, Hidrogen və SMR-lər" adlı panel sessiyalar, həmçinin müxtəlif mövzularda müzakirələr keçiriləcək.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən foruma dünən start verilib.
Xatırladaq ki, ötən gün nazirlər səviyyəsində "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" və "Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi" mövzularında panel müzakirələr təşkil olunub.
Həmçinin gün ərzində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin 1-ci Görüşü də baş tutub.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













