Omeqa-3 hər kəs üçün faydalı deyil? - Həkimlərdən vacib xəbərdarlıq
Omeqa-3 faydalı hesab olunsa da, həkimlər onun nəzarətsiz qəbulunun bəzi insanlarda problem yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə keyfiyyətsiz balıq yağı tərkibli əlavələr yaşlı insanlarda damar sisteminə və beynin qan dövranına mənfi təsir göstərə bilər. Bu isə yaddaş və düşünmə qabiliyyətində zəifləmə riskini artıra bilər.
Rusiyalı həkim Darya Rusakova bildirib ki, omeqa-3 əlavələrinin təhlükəsizliyi əsasən xammalın keyfiyyəti və istehsal texnologiyasından asılıdır. Onun sözlərinə görə, keyfiyyətsiz əlavələr fayda vermək əvəzinə sağlamlığa zərər vura bilər.
Həkim qeyd edib ki, yaşlı insanlar çox vaxt xroniki xəstəliklərə görə müxtəlif dərmanlar qəbul edirlər. Omeqa-3-ün bəzi preparatlarla birlikdə istifadəsi də əlavə risk yarada bilər. Xüsusilə xolesterini azaldan dərmanlarla paralel qəbul zamanı nadir hallarda qısamüddətli idrak pozuntuları müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, omeqa-3 əlavələrinin həddindən artıq qəbulu qanın laxtalanmasını poza və qanaxma riskini artıra bilər. Bu təhlükə xüsusilə qan durulaşdırıcı dərman qəbul edən insanlarda daha yüksək olur.
Bununla yanaşı, həkimlər vurğulayırlar ki, təbii qida mənbələri - balıq, qoz və bu kimi qidalar təhlükəsiz sayılır. Balıq tərkibindəki mikroelementlər yaddaşı, düşünmə sürətini və stressə davamlılığı yaxşılaşdıra bilər.
Mütəxəssislər omeqa-3 əlavələrinin yalnız həkim nəzarəti ilə qəbul edilməsini tövsiyə edirlər.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
20 ballıq cərimə limiti artırılır?
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib













