Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
İran və ABŞ-nin bir neçə gün əvvəl qarşılıqlı əlaqəni dayandırdığı barədə xəbərlər yalan və yanlışdır.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Aramızdakı danışıqlar fasiləsiz olaraq aparılıb, o cümlədən dörd gün əvvəl, üç gün əvvəl, iki gün əvvəl, bir gün əvvəl və bu gün. Onların nəyə gətirib çıxaracağını heç vaxt bilmək olmur, lakin İran hakimiyyətinə dediyim kimi: "Bu və ya digər şəkildə saziş bağlamağın vaxtı çatıb. Siz artıq 47 ildir ki, bununla məşğulsunuz və bu, artıq belə davam edə bilməz!"", - paylaşımda bildirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
-
Regionun taleyini dəyişəcək proses: Bakı və Ankaradan tarixi layihə
-
Arazda batan məktəblinin axtarışları üçün çayda suyun səviyyəsi endirilib
-
Lisey və gimnaziyalara qəbul üçün elektron qeydiyyat başlayır
-
Günəşlidə 4 maşın toqquşub
-
Bakı sakinlərinin nəzərinə - Sabah iki rayonda işıq kəsiləcək













