Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var
Far.Az xəbər saytı

Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var


Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Far.Az"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
"Yaprak dökümü"nün aktrisası: "Bu ağaca görə iki saat yarım yol getdik"
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər