İsrail və Livan arasında atəşkəs əldə olundu
İsrail və Livan nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən danışıqların yekununda atəşkəs rejiminin icrası ilə bağlı razılığa gəliblər.
Far.Az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı birgə bəyanata görə, iyunun 2-3-də baş tutan görüşlər zamanı tərəflər bölgədə sabitliyin təmin olunmasına yönəlmiş bir sıra öhdəliklər üzərində anlaşma əldə ediblər.
Razılaşma çərçivəsində Livanın "Hizbullah" hərəkatının atəşi tam dayandırması və silahlı qüvvələrini Litani çayının cənubundan çıxarması nəzərdə tutulur.
Sənəddə həmçinin qeyd edilir ki, Livan hökuməti ölkə ərazisində dövlət nəzarətini gücləndirmək məqsədilə ABŞ-nin dəstəyi ilə Silahlı Qüvvələrinin imkanlarının artırılması istiqamətində addımlar atacaq.
Bununla yanaşı, "Hizbullah" razılaşmaya ehtiyatlı münasibət sərgiləyib. Hərəkatın Siyasi Şurası sədrinin müavini Mahmud Qəmati bildirib ki, heç bir xarici qüvvə Livan müqavimətini tərksilah etməyə məcbur edə bilməz.
Onun sözlərinə görə, ABŞ və İsrailin bu istiqamətdəki cəhdləri nəticəsiz qalacaq və müqavimət qüvvələri fəaliyyətini davam etdirəcək. Qəmati silahlanma məsələsinin Livanın daxili işi olduğunu vurğulayaraq, xarici tərəflərin bu mövzuda qərar vermək səlahiyyətinə malik olmadığını qeyd edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













