Ayşən Abduləzimova: "Avropa çempionatı bizim üçün daha vacib yarışdır"
Far.Az xəbər saytı

Ayşən Abduləzimova: "Avropa çempionatı bizim üçün daha vacib yarışdır"


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatı daha vacib yarışdır.

"Far.Az" xəbər verir ki, bunu yığma üzvü Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

Voleybolçu hazırlıq prosesinin yekunları və qarşıdakı rəqiblər barədə danışıb:

"Hazırlıq prosesi başa çatdı. Sabah İsveç yığması ilə ilk qarşılaşma baş tutacaq. Rəqib güclüdür və oyunun çətin keçəcəyi gözlənilir. Lakin uğurlu nəticə üçün hər bir voleybolçu maksimum güc sərf edəcək. Estoniya ilə növbəti görüş nisbətən rahat görünsə də, bütün oyunlara eyni məsuliyyətlə yanaşmaq lazımdır".

O, millinin şanslarını dəyərləndirib:

"Şanslar olduqca böyükdür. Hər şey planlaşdırıldığı kimi davam edərsə, yaxşı nəticə qazanmaq mümkündür. Avropa çempionatı bu yarışdan daha vacib hesab olunsa da, turnir reytinq xalları baxımından böyük əhəmiyyət daşıyır. Bu səbəbdən rəqibləri və yarışı kiçiltmək olmaz".

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Oxşar xəbərlər

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər