Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində konsert təşkil olunub
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında qala konsert təşkil olunub.
"Far.Az"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, konsert proqramını Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, hər iki ölkənin mədəniyyət nazirliklərinin rəsmiləri, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Türkmənistanda fəaliyyət göstərən diplomatik korpusun rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib. O, Türkmənistanla Azərbaycanı birləşdirən bir çox amillərin olduğunu qeyd edib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli isə çıxışında rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib. Nazir iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin ildən-ilə inkişaf etdiyinə diqqət çəkib. Açılış nitqlərinin ardınca qala konsert təqdim olunub.
Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), "Savalan" qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar. Qeyd edək ki, Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri sabah ölkənin Arkadağ şəhərində davam etdiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Türkmənistanda Azərbaycanın Zəfər Günü qeyd edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













