Arkadağ şəhər kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub
Türkmənistanın Arkadağ şəhər kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, ədəbi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Açılışdan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov artıq dünyanın 19 şəhərində "Azərbaycan ədəbiyyatı guşəsi"nin yaradıldığını qeyd edib.
O, guşənin yaradılmasını iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Direktorun sözlərinə görə, belə layihələr xalqlar arasında mədəni dialoqun inkişafına, oxucuların Azərbaycan müəlliflərinin əsərləri ilə daha yaxından tanış olmasına imkan yaradır:
"Türkmənistanın Arkadağ şəhərində yaradılan "Azərbaycan ədəbiyyatı guşəsi" də iki qardaş xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu Təşəbbüs gələcəkdə kitab mübadiləsi, birgə nəşr layihələri və digər ədəbi-mədəni əməkdaşlıq istiqamətlərinin genişlənməsi üçün yeni imkanlar açacaq".
Daha sonra təqdim olunan nəşrlər barədə qonaqlara ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (10.08.2026)
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib













