AFFA və Qazaxıstan Futbol Federasiyasının əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib
UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.
"Report" xəbər verir ki, proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da yer alıb.
Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb. Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıblar.
Qeyd edək ki, proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib













