Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
Azərbaycan nümayəndə heyəti və media mənsubları Türkmən Milli Xalça Muzeyi ilə tanış olub.
"Far.Az"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin eksperti Qızılgül Amanova mədəniyyət nazirinin müavini Murad Hüseynova, nazir müşaviri Orxan Fikrətoğluna və digər qonaqlara ətraflı məlumat verib.
Onun sözlərinə görə, Milli Xalça Muzeyində Ginnesin "Rekordlar" kitabına düşən türkmən milli xalçası da burada saxlanılır. Xalçanın çəkisi 1 ton 200 kq-dır.
"Xalça 2001-ci ildə toxunub və 2003-cü ildə isə Ginnesin "Rekordlar" kitabına düşüb. Xalça 301 kvadrat metdir", - o vurğulayıb.
Ekspert həmçinin muzeyin fəaliyyət istiqaməti barədə də məlumat verib. Qeyd olunub ki, muzey Türkmənistan xalçaçılıq ənənələrini canlandırmaq, qorumaq və yaradıcı şəkildə inkişaf etdirmək üçün Türkmənistan Prezidenti Saparmurat Niyazovun 20 mart 1993-cü il tarixli fərmanı ilə Aşqabad şəhərində yaradılıb: "Muzeydə 2 000-dən çox eksponat qorunub saxlanılır. Muzey fondu daim artır, işçiləri köhnə xalçaları axtarır və toplayırlar".
Oxşar xəbərlər
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













