Uilli Uolş: 2026-cı ildə Avropa aviaşirkətlərinin mənfəəti azalacaq
Avropanın aviasiya sektorunun 2026-cı ildə xalis mənfəətinin bir il əvvəlki 13 milyard dollara qarşı 9,6 milyard ABŞ dollarına qədər azalacağı proqnozlaşdırılır.
"Report"un Rio-de-Janeyroda olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş IATA-nın 82-ci illik toplantısı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa aviasiya sənayesinin xalis rentabelliyi 2025-ci ildəki 4,5%-lə müqayisədə cari ildə 3,1%-ə qədər azalacaq.
"Fars körfəzi ölkələrindən aviasiya yanacağı idxalından böyük dərəcədə asılı olan Avropa xərclərin ciddi şəkildə artması ilə üzləşir. Hələlik bu amilin təsiri, yanacağa olan tələbatın təxminən 70%-nin böhrandan əvvəlki qiymətlərlə hedcinq edilməsi sayəsində qismən yumşalır. Lakin bu müqavilələrin müddəti başa çatdıqca xərclər üzərindəki təzyiq daha da güclənəcək", - U. Uolş qeyd edib.
IATA rəhbəri vurğulayıb ki, Avropa və Asiya arasında birbaşa hava əlaqəsinin inkişafı bazara dəstək göstərir ki, bu da Yaxın Şərq habları vasitəsilə olan marşrutları qismən əvəz etməyə imkan verir.
Bununla yanaşı, o, Avropa aviasiyasının qalmaqda olan struktur problemlərinə diqqət çəkib.
"Avropanın bəzi hissələri Rusiya üzərindəki hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərin fəsadlarını hələ də hiss etməkdədir. Bundan əlavə, makroiqtisadi vəziyyətin gözlənilən pisləşməsi, iqtisadi artımın yavaşlaması və enerji daşıyıcılarının qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək.
Avropa aviaşirkətləri həmçinin ekoloji təmiz aviasiya yanacağından (SAF) istifadə ilə bağlı məcburi tələblər, eləcə də hava limanı və aeronaviqasiya yığımlarının artırılması da daxil olmaqla, ağır tənzimləmələr səbəbindən əlavə qiymət təzyiqi ilə üzləşir. Bir sıra bazarlarda davam edən tətillər əməliyyat pozuntularına səbəb olur və daşıyıcıların çevikliyini məhdudlaşdırır. Bütün bu amillər göstərir ki, bazar konyukturasının normallaşmasından sonra belə Avropa aviasiyasının rəqabətqabiliyyətliliyi azalmaqda davam edə bilər", - U. Uolş bildirib.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













