IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
Far.Az xəbər saytı

IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir


ABŞ dolları artıq illərdir düşünüldüyü kimi "təhlükəsiz sığınacaq" deyil.

"Far.Az"un Rio-de-Janeyrodan olan müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Davamlı İnkişaf üzrə böyük vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen bildirib.

"Nikbinlik üçün müəyyən səbəblərimiz var. Bu, ABŞ dollarının artıq əvvəlki kimi qeyd-şərtsiz "təhlükəsiz sığınacaq" rolunu oynamamasından irəli gəlir. Tarixən, dünyanın hansı şoklarla üzləşməsinə baxmayaraq - hətta ABŞ-ın özündə yaranan şoklar belə - dollar demək olar ki, həmişə üstünlük təşkil edib. Qeyri-müəyyənlik dövrlərində investorlar vəsaitlərini digər valyutalarda deyil, dollarda saxlamağa üstünlük veriblər", - deyə M. Tomsen bildirib.

Onun sözlərinə görə, bu nümunə artıq eyni dərəcədə özünü göstərmir: "Bu, valyutaları dollara qarşı möhkəmlənən ölkələr üçün yaxşı xəbərdir. Əksər aviaşirkətlər yanacaq üçün dollarla ödəniş edir, ona görə də daha güclü milli valyuta yerli olaraq bu xərclərin dəyərini azaldır.

Əlbəttə ki, bu vəziyyət bütün ölkələr üçün xarakterik deyil. Əksinə, bir çox ölkələrin valyutaları dollara qarşı zəifləyib. Bu halda iqtisadiyyat ikiqat zərbə ilə üzləşir: qlobal neft qiymətləri yüksəlir, dollarla ifadə olunan idxal da bahalaşır. Lakin ümumilikdə, zəif dollar qlobal iqtisadiyyat və dolayısı ilə aviasiya sənayesi üçün müsbət amildir", - deyə IATA-nın baş vitse-prezidenti əlavə edib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
IATA yeni alyans vasitəsilə 2035-ci ilə qədər 100 milyard dollaradək maliyyə cəlb ediləcəyini gözləyir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər