Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-3
Far.Az xəbər saytı

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-3


Filippinin cənubunda 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı 12 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, əsasən zədələnmiş binalarda 200-dən çox insan yaralanıb, yaxınlıqdakı sahillər boyunca isə 1 metr hündürlüyündə sunami meydana gəlib.

Filippinin cənubunda baş verən 7,8 maqnitudalı zəlzələ nəticəsində ən azı səkkiz nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi Filippin Mülki Müdafiə İdarəsinin məlumatına istinadən xəbər verir.

Yerli medianın məlumatına görə, zəlzələdən sonra Heneral-Santos hava limanının fəaliyyəti dayandırılıb. Mindanaoda bir neçə məktəb binasının uçması nəticəsində dərslər dayandırılıb. Sunami xəbərdarlığı qüvvədədir.

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər ölüb, dörd şəxs yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Filippin Milli Polisi məlumat verib.

Qeyd olunub ki, Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və evlər də daxil olmaqla, ümumilikdə 37 binaya ziyan dəyib.

"Təsirə məruz qalan ərazilərdə polis yardım göstərmək üçün səfərbər edilib və ziyanın qiymətləndirilməsi davam edir", - deyə açıqlamada bildirilir.

Filippin Prezidenti Ferdinand Markos, cənub sahillərində zəlzələnin baş verdiyi Mindanao adasının bir neçə bölgəsində məktəblərdə dərslərin dayandırılmasını əmr edib.

Filippin sahillərində 8,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 697.000 əhalisi olan General-Santos şəhərindən 51 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.

Filippin Mülki Aviasiya İdarəsi (CAAP) zəlzələ və sunami xəbərdarlığı səbəbindən General Santos hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Ölkə Prezidenti Ferdinand Markos yeraltı təkanlardan sonra Mindanaonun bəzi ərazilərində dərslərin dayandırılmasını əmr edib. Dövlət başçısı dövlət qurumlarına fəlakətlərin nəticələrinin aradan qaldırılması səylərini əlaqələndirməyi, humanitar yardımın göstərilməsini və təxliyə mərkəzlərinin fəaliyyətini təmin etməyi tapşırıb. Yerli hakimiyyət orqanları zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya mümkün tələfat barədə məlumat verməyib.

Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.

Bundan əvvəl Yaponiyanın Milli Meteorologiya Agentliyi cənub-qərbi Okinava prefekturasının adaları, Kyusu və Sikoku adaları, eləcə də Honsyu adasının Sakit okean sahili və İbaraki prefekturasına qədər sunami xəbərdarlığı etmişdi.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər