Goranboyda yol qəzasında iki nəfər ölüb, 5 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Goranboy rayonu, Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar, 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əsgərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rza Yəhya oğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmayıl oğlununu meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***14:49
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Dəliməmmədli-Qırıxlı yolunda qeydə alınıb.
İki "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Goranboyda yaşayış binasında uçqun olub, 4 nəfər xəsarət alıb
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
"Fəvvarələr meydanı"nda TƏLİM - Yanğınsöndürən maşınlar sərbəst hərəkət edə bilmədi
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Goranboyda sursat anbarında YANĞIN
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
Niderland polisi ölümlə nəticələnən atışmadan sonra 34 nəfəri həbs edib
-
Zelenski: Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır
-
Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur
-
Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI













