Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Far.Az xəbər saytı

Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib


Konqo Demokratik Respublikasında ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 101-ə çatıb.

"Far.Az"un məlumatına görə, bu barədə Konqo Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırkı epidemiya zamanı virusa yoluxanların ümumi sayı 550 nəfərə yüksəlib. Bir gün əvvəl isə bu göstəricilər 91 ölü və 515 yoluxma faktı təşkil edirdi.

Ebolanın yayılmasına qarşı mübarizədə kömək etmək üçün xarici ölkələrdən tibb mütəxəssisləri Konqoya gəlməyə başlayıblar. Konqonun rabitə və media işləri üzrə naziri Patrik Muyyayi Katembvenin sözlərinə görə, çinli tibb ekspertlərindən ibarət qrup paytaxt Kinşasaya eniş edib.

"Onların tibbi yardım göstərmək və ebola epidemiyasına qarşı yerli səyləri dəstəkləmək məqsədi daşıyan missiyasının müddəti üç ay üçün nəzərdə tutulub", - deyə o bildirib.

Ebola qızdırmasının hazırkı epidemiyası ötən ay Konqo və Uqanda ərazisində başlayıb. Ekspertlər xəbərdarlıq edirlər ki, bu epidemiya son onilliklərin ən böyük və ən dağıdıcı dalğalarından birinə çevrilə bilər.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər