"Troni İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"Troni İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb


"Troni İnvestisiya Şirkəti" QSC 2025-ci ili 448 min manat zərərlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 58,3 % azdır.

Bu il yanvarın 1-nə "Troni"nin aktivləri 939 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 49,6 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 76,9 % azalaraq 425 min manata, balans kapitalı isə 19,8 dəfə artaraq 514 min manata, o cümlədən nizamnamə kapitalı 64 % artaraq 2,4 milyon manata çatıb.

Xatırladaq ki, "Troni" 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin yeganə səhmdarı Siyavuş Səfiyevdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər