İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Far.Az xəbər saytı

İlin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq


Azərbaycanda dələduzluqla mübarizə üzrə yeni qaydalar ilin sonunadək tətbiq olunacaq.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, dələduzluq və kibertəhlükəsizlik təhdidləri bütün dünyada olduğu kimi Azərbaycanda da rəqəmsallaşmanın və nağdsız ödənişlərin artması fonunda aktuallığını qoruyur: "Bu risklərin idarə olunması istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər həyata keçirilir. Tədbirlərin əsas istiqamətlərindən biri sektor iştirakçıları ilə birgə dələduzluğa qarşı qaydaların və limitlərin təkmilləşdirilməsidir. Məqsəd daha effektiv mexanizmlərin tətbiqi yolu ilə dələduzluq hallarının qarşısının alınmasıdır".

O qeyd edib ki, digər mühüm istiqamət isə Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən FinCERT və Antifrod Mərkəzinin işidir. FinCERT beynəlxalq akkreditasiyadan uğurla keçərək beynəlxalq CERT şəbəkəsi olan FIRST tərəfindən tamhüquqlu üzv kimi qəbul edilib: "Bu, maliyyə sektoru üçün əhəmiyyətli nailiyyət hesab olunur. Hazırda müxtəlif qurumlarla məlumat və təcrübə mübadiləsi aparılır. Mərkəzi Bank həm rəqəmsal həllərin inkişafı, həm də tənzimləyici çərçivənin təkmilləşdirilməsi üzərində işləyir. İlin sonunadək dələduzluq risklərinin idarə olunması sahəsində yeni qaydaların bazara təqdim olunması gözlənilir".

V. Xəlilov bildirib ki, yeni yanaşma çərçivəsində təşkilatlar riskəsaslı idarəetmə modelini tətbiq edəcək, hər bir qurum öz risk profilinə və risk iştahasına uyğun daxili qaydalar formalaşdıracaq: "Mərkəzi Bank hesab edir ki, dələduzluq və kibertəhlükəsizlik təhdidlərinin tam aradan qaldırıldığı hər hansı ölkə təcrübəsi mövcud deyil. Buna görə də bu sahədə mübarizə davamlı xarakter daşıyır və Mərkəzi Bank, maliyyə sektoru iştirakçıları və tərəfdaş qurumların birgə fəaliyyəti ilə risklərin minimuma endirilməsi istiqamətində işlər davam etdiriləcək".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər