Zakir Nuriyev: "Kartlar üzrə komissiyaların azaldılması zəruridir"
Far.Az xəbər saytı

Zakir Nuriyev: "Kartlar üzrə komissiyaların azaldılması zəruridir"


"Mastercard" və "Visa" ödəniş kartlarının komissiyalarının azaldılması zəruridir.

"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O hesab edir ki, "Mastercard" və "Visa" tərəfindən tətbiq olunan komissiya haqları ilə bağlı bu xidmətlərin qiymətlərinin aşağı salınması labüddür və zəruridir: "Paralel olaraq, biz də qeyd etdiyimiz kimi, özümüzün QR kod sisteminin daha sürətli inkişaf etdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcəyik. Məqsədimiz yalnız həmin təşkilatların tarif endirimlərini gözləmək deyil, yerli standartları və mövcud imkanları tətbiq etməklə xidmətlərin ümumi dəyərini azaltmaqdır".

Oxşar xəbərlər

AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ABŞ-ın Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar
Azərbaycan QHT nümayəndələri ABŞ-nin Vitse-prezidentinə açıq məktub ünvanlayıblar
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
ABA Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyasına üzv olmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər