Azərbaycanın I rübdə Gürcüstana birbaşa investisiyası 21 milyon dollar olub
Far.Az xəbər saytı

Azərbaycanın I rübdə Gürcüstana birbaşa investisiyası 21 milyon dollar olub


Bu ilin I rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyası 20,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Gürcüstanın Milli Statistika Xidmətinin materiallarına istinadən xəbər verir.

Qurumun məlumatına görə, ötən ilin eyni dövründə bu rəqəm 24,9 milyon ABŞ dolları olub. Beləliklə, Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiyaları 16 % azalıb.

Hesabat dövründə Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran IV investor olub.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 271,2 milyon ABŞ dolları təşkil edib. Ən böyük investorların ilk üçlüyünə Böyük Britaniya, ABŞ və Niderland daxil olub.

2025-ci ildə Azərbaycandan Gürcüstana birbaşa xarici investisiyalar 143,9 milyon ABŞ dolları, 2024-cü ildə isə 83,9 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bu ilin ilk rübündə Qəbələdə 1381 uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər