SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
Far.Az xəbər saytı

SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir


Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir.

"Report" xəbər verir ki, bunu Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (Society for Worldwide Interbank Financial Telecommunication - SWIFT) MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

"Əsas səhv yalnız texnologiyaya fokuslanmaqdır. Məncə, daha geniş yanaşma sərgiləyərək ümumi əməliyyat proseslərinə baxmalıyıq. Məsələn, ödənişlər sahəsində regionda tez-tez rast gəlinən problem budur ki, banklar müəyyən iş saatlarına uyğun fəaliyyət göstərirlər. Adətən bu, saat 09:00-dan 18:00-a qədər olur və bu saatlardan sonra bütün əməliyyatlar, o cümlədən ödənişlər dayandırılır. Nəticədə müştəri növbəti iş gününü gözləməyə məcbur qalır ki, ödəniş icra olunsun. Lakin müştərinin gözləntisi artıq fərqlidir - dünya bu modeldən çoxdan uzaqlaşıb. İstifadəçilər 24/7 rejimində işləyən, ani ödənişlər gözləyirlər; bu yalnız ölkədaxili deyil, həm də sərhədlərarası ödənişlərə aiddir. Bu isə bankların düşüncə tərzini və əməliyyat modellərini dəyişməsini tələb edir. Bu, sadəcə bir nümunədir - belə hallar kifayət qədər çoxdur", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər