Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
Azercell-in dəstəyi ilə gənclər "RobotChallenge" beynəlxalq yarışında mübarizə aparacaqlar
13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChallenge Azerbaijan 2026" Bakı Kristal Zalında baş tutacaq.
Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş "RobotChallenge" gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi üçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək.
Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
"RobotChallenge Azerbaijan 2026" haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Alena Əliyeva Qubada internat tipli məktəbi və STEAM mərkəzini ziyarət ediblər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Azərbaycanlı aparıcı ailə qurdu
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib













