Bolqarıstan Azərbaycan qazının idxalının artırılmasında maraqlıdır
Bolqarıstanın energetika naziri İva Petrova Azərbaycanın Sofiyadakı səfiri Elmar Məmmədovla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstana və regiona təbii qaz tədarükünü artırması potensialını müzakirə edib.
Bu barədə "Far.Az" Bolqarıstan Energetika Nazirliyinə istinadən xəbər verir.
Tərəflər həmçinin Xəzər regionundan Avropaya yaşıl enerji dəhlizlərinin inkişafını və Azərbaycanın Bolqarıstana investisiya imkanlarını müzakirə ediblər.
Nazirlikdən xatırladıblar ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötüb və bu müddət ərzində energetika uğurlu əməkdaşlığın mühüm sahələrindən birinə çevrilib.
"Yaşıl enerji dəhlizi 2024-cü ildə prezidentlər Radev və Əliyev tərəfindən irəli sürülmüş layihədir. O, regionlar arasında bərpa olunan elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində imkanları genişləndirəcək. 2026-cı il mayın 22-də İstanbulda nazirlərin üçüncü görüşü zamanı Bolqarıstan, Azərbaycan, Türkiyə və Gürcüstanın Energetika nazirlikləri arasında bu layihənin həyata keçirilməsinə dair hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi məsələsi də müzakirə edilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













