Birol Küle: "TDT üzv ölkələrinin rəqabət qurumları birgə araşdırmalar aparmağı planlaşdırır" - EKSKLÜZİV
Far.Az xəbər saytı

Birol Küle: "TDT üzv ölkələrinin rəqabət qurumları birgə araşdırmalar aparmağı planlaşdırır" - EKSKLÜZİV


Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan dövlətlərin rəqabət qurumları gələcəkdə birgə araşdırmalar həyata keçirə bilər.

Bunu "Report"un Şuşaya ezam edilmiş əməkdaşına açıqlamasında Türkiyə Rəqabət Qurumunun sədri Birol Küle deyib.

O bildirib ki, rəqabət sahəsində nəzəri diskussiyalardan əməli əməkdaşlığa keçid zərurətə çevrilib:

"Rəqabətin üstünlükləri ilə əlaqədar çoxsaylı nəzəri tədqiqatlar aparılıb. Artıq nəzəri müzakirələri geridə qoyaraq praktik tətbiqlərə yönəlməliyik. Bu, rəqabət qurumlarının birgə fəaliyyət göstərərək ortaq layihələr reallaşdırması, ümumi problemlərə qarşı vahid həll yolları işləyib hazırlaması və müştərək sektor araşdırmaları aparması anlamına gəlir".

B.Küle qeyd edib ki, əməkdaşlığın sonrakı pilləsində TDT dövlətlərinin rəqabət orqanları birgə təhqiqat və araşdırmalar da reallaşdıra bilər:

"Qloballaşan dünyada rəqabət siyasəti sahəsində ortaya çıxan problemlər artıq müəyyən regionlarla hüdudlanmır və bir sıra ölkələr eyni tipli çağırışlarla qarşılaşır. Bu səbəbdən, TDT dövlətlərinin rəqabət qurumlarının birgə fəaliyyət göstərməsi həm regional, həm də beynəlxalq miqyasda əhəmiyyətli nəticələr ortaya qoya bilər".

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər