Avropa Liqası: "Qalatasaray" "Qarabağ"ın rəqibinə qalib gəlib
Far.Az xəbər saytı

Avropa Liqası: "Qalatasaray" "Qarabağ"ın rəqibinə qalib gəlib


Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.

"Far.Az"un məlumatına görə, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.

Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: Liqa mərhələsində II turun qarşılaşmaları keçirilib
UEFA Avropa Liqası: Liqa mərhələsində I tura bu gün start veriləcək
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: Liqa mərhələsində I turun 9 oyunu baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər