Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"
Far.Az xəbər saytı

Hesablama Palatası: "Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb"


2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4% kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8% artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9%-ə yüksəldilmişdi.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7% artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə edildiyi əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6% artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər