ABŞ-İran sülh xəbəri neft bazarını silkələdi: qiymətlər ucuzlaşdı
ABŞ və İran arasında mümkün sülh sazişi ilə bağlı yayılan məlumatlar qlobal enerji bazarlarında ciddi dalğalanmaya səbəb olub.
Birja məlumatlarına əsasən, investorların Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri fonunda dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:40-a olan məlumata görə, Londonun ICE birjasında "Brent" markalı neftin avqust fyuçersləri 4,09 dollar və ya 4,68 faiz ucuzlaşaraq bir barel üçün 83,24 dollara düşüb. Əvvəlki ticarət sessiyasında da "Brent" markalı neft 3,05 dollar və ya 3,37 faiz dəyər itirərək 87,33 dollar səviyyəsində qərarlaşıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) isə iyul ayına çatdırılma ilə WTI markalı xam neftin fyuçersləri 4,27 dollar və ya 5,03 faiz azalaraq bir barel üçün 80,61 dollar olub. Əvvəlki sessiyada WTI markalı neftin qiyməti 2,83 dollar və ya 3,23 faiz geriləyərək 84,88 dollar təşkil etmişdi.
Ekspertlərin fikrincə, bazarda əsas təzyiq ABŞ və İran arasında münasibətlərin normallaşacağı ilə bağlı xəbərlərdən qaynaqlanır. Analitiklər hesab edir ki, tərəflər arasında mümkün razılaşma əldə olunarsa, İran neftinin beynəlxalq bazara daha geniş həcmdə qayıtması mümkün olacaq. Bu isə qlobal təklifin artmasına və qiymətlərin aşağı düşməsinə səbəb olur.
Bununla yanaşı, Hörmüz boğazının yenidən tam fəaliyyətə başlayacağına dair xəbərlər də bazardakı panikanı azaldıb. Bu amil də enerji bazarlarında risklərin azalması kimi qiymətləndirilib.
Qeyd edək ki, son günlər Yaxın Şərqdə artan hərbi və siyasi gərginlik səbəbindən neft qiymətləri sürətlə yüksəlmişdi. Lakin Vaşinqton və Tehran arasında diplomatik kanalların aktivləşməsi ilə bazarlarda vəziyyət əks istiqamətdə dəyişməyə başlayıb.
Əlavə edək ki, iyunun 13-də açıqlanan məlumata əsasən, Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,35 ABŞ dolları və ya 6,57% ucuzlaşaraq 90,50 ABŞ dollarına enib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













