Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu
Far.Az xəbər saytı

Qurban Qurbanov: Buraxdığımız üçüncü qol artıq oldu


Buraxdığımız üçüncü qol artıq oldu.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsə, deməli bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibəti ilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" matçında ilk hissə yekunlaşıb - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər