Vitse-prezident: AIIB sərhədlərarası enerji mübadiləsi infrastrukturuna investisiyalarını artırır
Far.Az xəbər saytı

Vitse-prezident: AIIB sərhədlərarası enerji mübadiləsi infrastrukturuna investisiyalarını artırır


Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) sərhədlərarası enerji mübadiləsi infrastrukturuna yönəlik investisiyalarını ardıcıl olaraq artırır.

"Far.Az" xəbər verir ki, bu barədə AIIB-in vitse-prezidenti Şerard Kuper-Kols (Sherard Cowper-Coles) Bakı şəhərində təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun llik Toplantıları çərçivəsindəki panel müzakirələrində çıxışı zamanı deyib.

O qeyd edib ki, AIIB Mərkəzi və Cənub-Şərqi Asiya regionlarında mühüm layihələr reallaşdırır: "Biz ideyalar mübadiləsi həyata keçiririk, insanlar mübadiləsi aparırıq, mal mübadiləsi həyata keçiririk və enerji mübadiləsini də təmin etməliyik. Hamımız qarşılıqlı şəkildə bir-birimizlə əlaqəliyik və enerji bağlantıları son dərəcə böyük önəm daşıyır. Çünki məsələ yalnız elektrik enerjisinin istehsalı ilə məhdudlaşmır, eyni zamanda onun sərhədlər və regionlar arasında bütün bəşəriyyətin rifahı naminə ən optimal formada bölüşdürülməsindən ibarətdir. Məhz buna görə biz regional əlaqələndirmələrin faydalı olub-olmadığını deyil, onları hansı yollarla gerçəkləşdirəcəyimizi müzakirə etməliyik. AIIB bu prosesdə öz üzərinə düşən rolu yerinə yetirməkdən böyük qürur hissi duyur".

Ş. Kuper-Kolsun fikrincə, bu prosesdə vacib, lakin təkbaşına kifayət etməyən şərt siyasi liderlərin əlaqəliliyin əhəmiyyətini dərk edəcək qədər uzaqgörən olmalarıdır: "Tezlikləri doğru müəyyən edirsiniz, qaydaları doğru formalaşdırırsınız, ancaq bunlar ikinci dərəcəli məsələlərdir. Parçalanma meylləri güclənən bir dünyada, bəzi insanların ayrılığın birgə fəaliyyətdən üstün olduğuna inandığı bir mühitdə, bizim əlaqəlilik uğrunda, açıq regionalizm uğrunda mövqe tutduğumuzu anlamaq olduqca əhəmiyyətlidir. Bu mənim üçün həmişəkindən daha böyük önəm kəsb edir. Yalnız layihə hazırlamağın, parlaq ideyalar ortaya qoymağın təkbaşına faydası yoxdur. Söhbət potensialın formalaşdırılmasından, siyasi iradənin yaradılmasından, bunun ardıcıl qaydada tətbiq edilməsindən və prosesin sonunadək nəzarətdə saxlanmasından gedir".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər