Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb
Far.Az xəbər saytı

Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb


Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Bakı ilə İrəvan arasındakı normallaşmaya qarşı çıxan siyasi qüvvələrə müqavimət göstərməyə çağırıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir parlamentdə çıxışı zamanı bildirib.

"İndi "üçbaşlı müharibə partiyası" bu sülh sazişini (Azərbaycanla - red.) şübhə altına alır. Məlum olur ki, Ermənistan parlamentində sülh arxitekturasını qəbul etməyən bir qüvvə mövcuddur. Bu, təhdidlər yaradır və birbaşa reaksiyalara səbəb olur. Biz bu səbəb-nəticə əlaqələrini görməli və onlara müqavimət göstərməliyik", - N.Paşinyan vurğulayıb.

Paşinyan "üçbaşlı müharibə partiyası" dedikdə üç müxalif siyasi qüvvəni nəzərdə tutur: "Güclü Ermənistan", "Ermənistan" bloku və "Çiçəklənən Ermənistan".

O əlavə edib ki, seçkilərin nəticələrinə əsasən parlamentə keçən "Güclü Ermənistan" və "Ermənistan" bloklarının üzvləri casus şəbəkəsinin nümayəndələridir və bu səslərə seçkilərdə seçiciləri ələ almaq yolu ilə nail olublar: "Bu casus şəbəkəsini aradan qaldırmaq lazımdır. Əks halda, onlar münaqişəni yenidən canlandırmaq, müharibə başlatmaq üçün hər şeyi edəcəklər. İndi biz vəziyyətin öhdəsindən inamla gəlirik, lakin xalqımız da bunu başa düşməlidir".

N.Paşinyan bildirib ki, Ermənistanın gələcəyinə yönələn hər hansı təhdid elə yarandığı mənbədə aradan qaldırılmalıdır.

Oxşar xəbərlər

İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər