Azərbaycan Rumıniya ilə qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
Azərbaycan və Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşünda aparılıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir.
Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













