DİM doktorantura imtahanında problem yaranması ilə bağlı iddialara aydınlıq gətirib
Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul imtahanında xarici dil üzrə danışıq blokunda problem yaranması ilə bağlı iddialara aydınlıq gətirib.
Qurumdan "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, danışıq bloku imtahanının tarixləri haqqında məlumat iyunun 3-də ictimaiyyətə təqdim olunub.
İmtahan əvvəlcədən elan olunan qrafikə uyğun olaraq ayın 17-də başlanıb və 3 gün ərzində keçirilməsi nəzərdə tutulub.
İmtahan kompüterlər vasitəsilə elektron formada təşkil olunur. Namizədlər gün ərzində 3 növbə olmaqla imtahanda iştirak edirlər. İmtahanın müddəti təqribən 12-15 dəqiqədir. İmtahan vaxtı texniki problem yaşanırsa, yerində həll olunur və namizəd imtahanını verir. İyunun 17 və 18-də iki mindən çox namizəd imtahanda iştirak edib.
Proses bu gün də davam edir. Bundan əlavə, imtahan bir neçə gün davam etdiyi üçün üzrlü səbəblərdən (müəllimlərin sertifikasiyası və s.) təyin olunan vaxtda imtahan verə bilməyən namizədlərə də əlavə şərait yaradılıb və onların da imtahanda iştirakı təmin olunur.
Oxşar xəbərlər
Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
Doktorantura və dissertantura səviyyəsində xarici dil və fəlsəfə doktoru imtahanı keçirilib
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













