Naxçıvanda 5 ayda sahibkarlara 67 təsdiqedici sənəd təqdim edilib
Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri çərçivəsində bu ilin yanvar–may aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 67 təsdiqedici sənəd təqdim edilib.
"Report"un yerli bürosunun məlumatına görə, sənədlərdən 5-i texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 62-si isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 1,5 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Koreya kimi ölkələrdən ümumi dəyəri 5,2 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilib.
Nəticədə cari ilin ilk 5 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 1,8 milyon manat məbləğində güzəşt əldə ediblər.
Oxşar xəbərlər
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













