Sabiha Gökçən Avropanın ən punktual hava limanı seçildi
Far.Az xəbər saytı

Sabiha Gökçən Avropanın ən punktual hava limanı seçildi


rkiyənin Sabiha Gökçən Beynəlxalq Hava Limanı Avropada vaxtında uçuşların həyata keçirilməsi üzrə ilk sıraya yüksəlib.

Far.Az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 2026-cı ilin 8–14 iyun tarixlərini əhatə edən 24-cü həftəyə dair şəbəkə performansı hesabatında məlumat yayıb.

Hesabata əsasən, Sabiha Gökçən Hava Limanında reyslərin vaxtında qalxma göstəricisi 88 faizə çatıb və bu nəticə ilə Avropanın ən punktual hava limanı olub. İstanbul Hava Limanı isə 86 faiz göstərici ilə ikinci yerdə qərarlaşıb.

Siyahıda Oslo Hava Limanı 83 faiz, Kopenhagen Hava Limanı 80 faiz, Vyana Hava Limanı isə 79 faiz vaxtında uçuş göstəricisi ilə növbəti pillələrdə yer alıb.

Sabiha Gökçən Hava Limanının operatoru HEAŞ-ın baş direktoru Faruk Kaçır bildirib ki, əldə olunan nəticə uzunmüddətli planlaşdırmanın, güclü koordinasiyanın və əməliyyat səmərəliliyinin göstəricisidir. Onun sözlərinə görə, hava limanı yalnız yüksək sərnişin axınını uğurla idarə etmir, həm də Avropada əməliyyat effektivliyi baxımından nümunəvi mərkəzlərdən birinə çevrilib.

Oxşar xəbərlər

"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
"Best model of Azerbaijan"ın qalibləri seçildi
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər