Xalid Xalafalla: Bakıda Özəl Sektor Forumunda 30-dan çox sənəd imzalanıb
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) 2025-ci ildə 555 milyon dollardan çox məbləğdə maliyyələşdirməni təsdiqləyib və 10,6 mindən çox yeni müştəri üçün İslam maliyyələşdirilməsinə çıxış imkanlarını genişləndirib.
"Far.Az" xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və ICD-nin baş icraçı direktoru vəzifəsini icra edən Xalid Xalafalla İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantısı çərçivəsində baş tutan mətbuat konfransında bildirib.
X.Xalafalla qeyd edib ki, hesabat dövründə faktiki olaraq bölüşdürülmüş maliyyələşdirmənin dəyəri təqribən 584 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, əməliyyatların əhəmiyyətli hissəsi üzv ölkələrdə İslam maliyyələşdirilməsinə çıxışın genişləndirilməsi üçün əsas alət olaraq qalan kredit xətti proqramlarının payına düşüb.
Direktor əlavə edib ki, bu mexanizmlər vasitəsilə 10,6 mindən çox yeni müştəri, o cümlədən təqribən 3,4 min qadın maliyyələşdirməyə çıxış əldə edib.
X.Xalafalla deyib ki, 2025-ci ildə kiçik və orta biznesin maliyyələşdirilməsinə təqribən 660 milyon dollar yönəldilib və 2 381 biznes subyektini əhatə edib.
"Proqramlarımız vasitəsilə kiçik və orta biznesə dəstək təqribən 660 milyon dollar təşkil edib və 2 381 müəssisəni əhatə edib", - o bildirib.
O, həmçinin qeyd edib ki, Bakıda IsDB-nin illik toplantısı çərçivəsində keçirilmiş Özəl Sektor Forumunda 32 saziş və anlaşma memorandumu imzalanıb.
Xalafallanın sözlərinə görə, tədbirə 60 ölkədən 1,4 mindən çox iştirakçı qatılıb, 17 paralel tədbir təşkil olunub, eləcə də B2B və B2G formatlarında 250-dən çox görüş keçirilib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Xalid Xalafalla: ICIEC Azərbaycanda əməliyyatlarını genişləndirmək niyyətindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib













