BELGAZERCOM Belçika ticarət nümayəndə heyətinin Bakıya səfərinin anonsunu verib
Far.Az xəbər saytı

BELGAZERCOM Belçika ticarət nümayəndə heyətinin Bakıya səfərinin anonsunu verib


Bu ilin payızında Azərbaycan Belçikadan olan ticarət nümayəndə heyətini qəbul edəcək.

"Report" Belçika-Azərbaycan Ticarət Palatasına (BELGAZERCOM) istinadən xəbər verir ki, səfər 28 sentyabr - 1 oktyabr tarixlərinə planlaşdırılır.

Səfər çərçivəsində müvafiq yerli tərəfdaşlar, dövlət strukturları və idarələrinin nümayəndələri ilə fərdi qaydada təşkil olunmuş görüşlər, habelə Belçikanın Bakıdakı səfirliyində rəsmi qəbul nəzərdə tutulur.

Qeyd edək ki, əvvəlki ticarət missiyası 2025-ci ilin 16-19 fevral tarixlərində təşkil edilmişdi.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında iki ölkə arasında qarşılıqlı ticarətin həcmi il ərzində 27,73 % və ya 7,621 milyon ABŞ dolları artaraq 35,108 milyon ABŞ dollarına çatıb.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər