Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edəcək
Far.Az xəbər saytı

Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edəcək


Azərbaycan robotexnika, innovasiya və mühəndislik sahəsində regionun ən nüfuzlu tədbirlərindən biri olan World Robot Caspian Cup 2026-ya (WRCC 2026)ev sahibliyi edəcək.

Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ICESCO, CİCA və WORSO -World Robot Sports Organization tərəfindən dəstəklənir. Yarışın ev sahibi SABIS SUN International School, təşkilatçısı isə AREA - Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasıdır.

Bu il "Dünya Robot Xəzər Kubokuna" rekord sayda müraciət daxil olub. İl ərzində keçirilənseçmə mərhələlərdə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 250-dən çox komanda və 800-dən artıq iştirakçı mübarizə aparıb.

Böyük final mərhələsinə isə Azərbaycanın 20 regionunu təmsil edən 145 komanda və 8 qonşu ölkədən 12 beynəlxalq komanda vəsiqə qazanıb.

İki gün davam edəcək yarış çərçivəsində iştirakçılar robot futbolu, dron texnologiyaları, süni intellekt, avtonom sistemlər, mühəndislik layihələri və innovativ texnoloji həllər üzrə yarışacaqlar. Komandalar yalnız texniki bacarıqlarını deyil, həm də yaradıcılıq, komanda işi və problem həlletmə qabiliyyətlərini nümayiş etdirəcəklər.

WRCC 2026 çərçivəsində keçiriləcək "Açıq Kateqoriya" müsabiqəsində iştirakçılar kənd təsərrüfatının rəqəmsallaşdırılması, Qarabağda təhlükəsizlik və minatəmizləmə texnologiyaları, həmçinin Xəzər dənizinin su səviyyəsinin azalmasının yaratdığı problemlərə innovativ həlləri təqdim edəcəklər. Yarışla yanaşı texnologiya sərgiləri, panel müzakirələri təşkil olunacaq.

Tədbirin əsas məqsədi gənclərdə STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) istiqamətlərinə marağı artırmaq, gələcəyin mühəndislərini yetişdirmək və Azərbaycanın beynəlxalq robotexnika ekosistemində rolunu gücləndirməkdir.

Dünya Robot Xəzər Kuboku 2026 Azərbaycanın texnologiya və innovasiya sahəsində regional liderliyini nümayiş etdirən, gəncləri gələcəyin peşələrinə hazırlayan və ölkəmizi beynəlxalq robotika xəritəsində daha da ön plana çıxaran mühüm platformadır.

Tədbir: World Robot Caspian Cup 2026

Tarix: 27–28 iyun 2026 saat 10-dan start veriləcək.

Məkan: Bakı İdman Sarayı , SABİS Sun beynəlxalq məktəbi

Biletler i-ticket -dən əldə edə bilərsiz.

https://iticket.az/events/sport/world-robot-caspian-cup-2026

Media ilə əlaqə

World Robot Caspian Cup 2026 Təşkilat Komitəsi

[email protected] 6466

Bakı Dünya Robot Xəzər Kuboku 2026-ya ev sahibliyi edəcək

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər