Azərbaycan IEC ilə enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı müzakirə edib – YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycan IEC ilə enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı müzakirə edib – YENİLƏNİB


Azərbaycan və Beynəlxalq Elektrotexniki Komissiyası (IEC) arasında enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlıq müzakirə olunub.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun IEC-nin baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşündə aparılıb.

Görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycana dəstək göstərməyə hazırdır.

Energetika naziri Azərbaycanda enerji keçidi istiqamətində həyata keçirilən islahatlar, bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Enerji sektorunda normativ-hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlərdən, eləcə də COP29 çərçivəsində irəli sürülmüş enerji təşəbbüslərinin davam etdirilməsindən bəhs olunub. Enerji sektorunda həyata keçirilən layihələrdə müasir texnologiyaların tətbiqi baxımından IEC-nin texniki təcrübəsindən və standartlaşdırma mexanizmlərindən istifadənin əhəmiyyəti qeyd edilib.

Görüşdə elektrikləşmənin qlobal enerji sisteminin və iqtisadiyyatın gələcək inkişafında əsas tendensiyalardan birinə çevrildiyi qeyd olunub. Bu baxımdan, yalnız yeni enerji istehsal güclərinin yaradılmasının deyil, elektrik enerjisinin ötürülməsi, mübadiləsi və istehlakçılara çatdırılmasını təmin edən müasir infrastrukturun inkişafının da vacibliyi diqqətə çatdırılıb. Bu kontekstdə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə fikir mübadiləsi aparılıb.

IEC ilə Milli Elektrotexniki Komitə və müvafiq texniki işçi qrupları çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yerli mütəxəssislərin standartların hazırlanması prosesində daha fəal iştirakının vacibliyi qeyd olunub.

Azərbaycan və Beynəlxalq Elektrotexniki Komissiya (IEC) arasında assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bu barədə müzakirələr P. Şahbazovun IEC-nin baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşdə aparılıb.

Nazir bildirib ki, enerji keçidi, elektrikləşmə və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların tətbiqi, yaşıl enerji dəhlizlərində yeni texnologiyalardan istifadə və mütəxəssislərin IEC standartlarının hazırlanmasında daha fəal iştirakı üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər