"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək
Far.Az xəbər saytı

"Naftogaz" və MOL Group Ukrayna üçün Macarıstanda yanacaq saxlama terminalı tikəcək


"Naftogaz" qrupu MOL Group ilə Ukraynanın ehtiyacları üçün Macarıstan ərazisində, iki ölkənin sərhədinə yaxın ərazidə neft məhsullarının saxlanması terminalının tikintisinə dair memorandum imzalayıb.

"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə "Naftogaz Ukrayna" Milli Səhmdar Şirkətinin İdarə Heyətinin səlahiyyətlərini icra edən rəhbəri Sergey Fedorenko "Facebook" hesabında məlumat verib.

"Rusiyanın enerji infrastrukturuna fasiləsiz hücumları şəraitində tədarük marşrutlarının şaxələndirilməsi və döyüş zonasından kənarda əlavə saxlama güclərinin yaradılması bütün bazarın sabitliyi məsələsidir", – deyə o, bildirib.

Fedorenko qeyd edib ki, neft məhsullarının saxlanması üçün yaradılacaq bu əlavə imkanlar təkcə Ukraynadakı istehlakçıların enerji təchizatının etibarlılığını artırmayacaq, həm də Ukrayna ilə Macarıstan arasında transsərhəd enerji infrastrukturunun qarşılıqlı faydalı inkişafına töhfə verəcək.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər