Sabah Azərbaycanda 35 dərəcə isti gözlənilir
Azərbaycanda iyunun 23-də havanın 35 dərəcə isti olacağı gözlənilir.
Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.
Oxşar xəbərlər
Bayram günlərinin havası açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib













