Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram"
Far.Az xəbər saytı

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram"


Bakıda mebel sexində çalışan, Lerik rayon sakini 21 yaşlı Vüqar Adnayevin Bilgəh çimərliyində batdığı bildirilir. Hadisə iyunun 20-dən 21-nə keçən gecə baş verib.

Baku TV-nin məlumatına görə, Vüqar dostları ilə birlikdə Bilgəh ərazisində yerləşən çimərliyə gəlib və dənizdə gözdən itib.

Gəncin dayısı Elşad Şabıyevin sözlərinə görə, hadisə ilə bağlı Vüqarın dostunun verdiyi ilkin məlumatlarla sonradan ortaya çıxan faktlar arasında ziddiyyət yaranıb.

"Hadisə yerinə gələndə Vüqarın dostu Təvəkküllə danışdım. Dedi ki, paltarlarını geyiniblər, getməyə hazırlaşırdılar, ayaqları qumlu olduğu üçün suya girib təmizləmək istəyiblər. Bir anlıq arxaya çevriləndə isə Vüqarın olmadığını görüb, səslənsə də, cavab ala bilməyib. Dediyinə görə, su dizlərinə belə çatmırdı. Sonradan məlum oldu ki, Vüqarın paltarları maşında imiş. Dedim, Təvəkkül, yalan danışma, nə olubsa, düzünü de ki, ona uyğun hərəkət edək. Axırda dedi ki, başımı da kəssəniz başqa bir şey deyən deyiləm", - deyə o əlavə edib.

Qeyd edək ki, hadisədən təxminən iki gün keçməsinə baxmayaraq, Vüqarın cəsədi hələ də tapılmayıb. Aidiyyəti qurumlardan verilən məlumata görə, 21 yaşlı gəncin axtarışları hazırda davam etdirilir.

Oxşar xəbərlər

Polad incəsənətə çevriləndə - Baku Steel Art" 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Zaqatalada xurma istehsalı sexində yanğın baş verib
Nazirlik mebel sexinin fəaliyyətini dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər