Zaqatalada xurma istehsalı sexində yanğın baş verib
Zaqatala rayonunun Muxax kəndində xurma istehsalı sexində yanğın baş verib.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğın hadisəsi ilə bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin yanar konstruksiyaları, sexdə olan xurmanın bir hissəsi və daşınma üçün istifadə olunan odun və plastik taraların xeyli hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınaraq məhdudlaşdırılıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
-
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
-
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
-
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
-
Hansı bürclər digərlərindən fərqlənir?
-
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib













