Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub edib
Far.Az xəbər saytı

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub edib


Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.

"Report"un məlumatına görə, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "sarı-göylər"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Emmanuel Hakman dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.

Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Premyer Liqasında I dövrənin təəccübləndirən mənzərəsi – TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər