Adil Kərimli beynəlxalq forumda Azərbaycanda muğam sənətinə olan diqqət barədə danışıb
Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına qayğı göstərilir.
"Report"un məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli Özbəkistanın Namanqan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində təşkil olunan elmi-praktik konfransda çıxışı zamanı deyib.
"Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi" mövzusuna həsr olunan konfransda nazir Adil Kərimli Azərbaycan muğam sənətinin xalqımızın milli-mədəni kimliyində xüsusi yer tutduğunu vurğulayıb.
A.Kərimli Prezident İlham Əliyev tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən muğam sənətinin inkişafına və təbliğinə davamlı qayğı göstərildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunub yaşadılması, ölkəmizdə və beynəlxalq miqyasda təbliğinə mühüm töhfələr verən müxtəlif səpkili layihələr həyata keçirilir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Tramp: İrana silah tədarükünü bloklamaq üçün "Iron Gate" İşçi Qrupu yaradılıb













