Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək
Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək.
"Far.Az" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.
Onun sözlərinə görə, Azərbaycan bir çox sahələrdə Suriyanın yanında olub:
"Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb. Azərbaycanın humanitar yardımları müharibə fəlakətlərin aradan qaldırılmasına mühüm töhfə verib. Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib".
Deputat bildirib ki, Suriya Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri də iki ölkə arasındakı münasibətlərdə böyük önəm daşıyıb:
"Dövlət başçısının səfər çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Suriyaya yeni dövrdən sonra həyata keçirilən ilk prezident səfəri olub. Bu baxımdan səfər tarixi əhəmiyyətə malikdir".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













