Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Far.Az" xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında" , "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlardan gedir.
Onlar 6 aydan sonra qüvvəyə minəcək "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb.
Belə ki, maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlərin "Maliyyə icarəsi haqqında" qanunla tənzimlənməsi barədə Mülki Məcəllədə müvafiq dəyişikliyin edilib, həmçinin "Lizinq" münasibətlərini tənzimləyən 39-cu fəslin ləğvi, terminlərin yeni qanuna uyğunlaşdırılıb;
- borclu icarəçi və ya icarəyə verənin öhdəlikləri üzrə tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsinin xüsusiyyətləri "Müflisləşmə və iflas haqqında" qanunla ayrıca maddədə tənzimlənib;
- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, maliyyə icarəsi müqaviləsinə icarəyə verənin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququnun tətbiq edilməsinə dair "Beynəlxalq xüsusi hüquq haqqında" qanunda dəyişiklik edilib;
- maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi barədə "Kredit büroları haqqında" qanunda dəyişiklik edilib;
- "Maliyyə icarəsi haqqında" qanundan irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların sorğu əsasında Azərbaycan Mərkəzi Bankına verilməsi istiqamətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişiklik edilib;
- hüquqi şəxslərin Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi ilə bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilib;
- maliyyə bazarlarında lisenziya və icazə sistemini müəyyən edən maliyyə bazarları sahəsində qəbul edilən qanunların dairəsinə "Maliyyə icarəsi haqqında" qanunun əlavə edilməsi barədə "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliyin edilib;
- Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, "Taxıl haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunlarda "Maliyyə icarəsi haqqında" qanun layihəsinə uyğunlaşma xarakterli texniki dəyişikliklər edilib.
Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi 550 manat dövlət rüsumu alınması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub
Azərbaycanda "lizinq" ləğv OLUNUR?
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrailin müdafiə naziri İrana sərt xəbərdarlıq edib
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Xankəndidə 128 metrlik müasir teleqüllə inşa olunur
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU













