İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib - YENİLƏNİB
Far.Az xəbər saytı

İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib - YENİLƏNİB


İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib.

“Report”un məlumatına görə, bu barədə İRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib.

Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

05:47

İranın paytaxtı Tehranın İmam Xomeyni adına Beynəlxalq Aeroportu və Mehrabad hava limanı tam ştatlı fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə İRNA agentliyi şəhər yaxınlığında baş verən partlayışlar fonunda məlumat yayıb.

Tehranda və onun ətrafında xilasedicilərin köməyini tələb edən hər hansı insidentlə bağlı sorğu olmayıb.

Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tehranın hava limanları tam ştatda fəaliyyət göstərir
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - ANALİZ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər