Cənubi Qafqazda ilk dəfə Azərbaycanda unikal kraniofasial əməliyyat həyata keçirilib
Cənubi Qafqazda ilk dəfə Azərbaycanda unikal kraniofasial əməliyyat (baş və üz nahiyəsində olan anadangəlmə qüsurların, travmaların və ya bəzi xəstəliklərin cərrahi yolla düzəldilməsi) həyata keçirilib.
Bu barədə "Far.Az"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat Nazirliyin Akademik Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Crouzon sindromundan əziyyət çəkən xəstə üzərində həyata keçirilib.
Əməliyyat Mərkəzin Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, plastik cərrah Elçin Məmmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı trepanasiya mərhələsini neyrocərrah Afər Allahverdiyev həyata keçirib.
Xəstəyə monoblok frontofasial osteotomiya prinsiplərinə uyğun kraniofasial osteotomiya əməliyyatı icra edilərək fronto-orbital kompleks və orta üz nahiyəsi birlikdə önə çəkilib. Əməliyyat çərçivəsində hər iki tərəfə 2 ədəd olmaqla ümumilikdə 4 distraktor yerləşdirilib.
Postoperativ 1 həftədən sonra distraksiya mərhələsinə başlanılıb və orta üz nahiyəsi ümumilikdə 8 mm önə çəkilib.
Crouzon sindromu əsasən FGFR2 gen mutasiyası nəticəsində yaranan, kəllə süturlarının erkən bağlanması ilə xarakterizə olunan anadangəlmə kraniofasial inkişaf pozğunluğudur. Bu patologiya zamanı orta üz hipoplaziyası, ekzoftalm, tənəffüs pozğunluğu, yuxu apnoesi, görmə problemləri və ciddi estetik-funksional deformasiya müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yalnız multidissiplinar komanda, yüksək texnoloji imkanlar və xüsusi cərrahi təcrübə tələb edən ixtisaslaşmış mərkəzlərdə uğurla icra oluna bilər.
Oxşar xəbərlər
Həkim-neyrocərrah Vüsal Məmmədov: "10 yaşımda özümə söz verdim ki... "
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib
-
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur"













