"Mərasim peyğəmbər ailəsinə ehtiramın əlamətidir" - Gəncədə nümunəvi Aşura ənənəsi
Azərbaycanın bəzi bölgələrində, o cümlədən Gəncədə əsrlərdir yaşadılan mütərəqqi Aşura adətləri mövcuddur.
Bu adətlərdən biri də Məhərrəm ayının 10-cu günü - Aşura mərasimləri ərəfəsində yol kənarlarında ehsan süfrələrinin təşkil olunmasıdır. Bu süfrələr bir çox hallarda evləri yol üzərində yerləşən sakinlər, bəzən isə yol kənarındakı ticarət və xidmət obyektlərinin sahibləri tərəfindən qurulur. Ehsan süfrələrinin qonaqları isə adətən ətrafda yaşayan insanlar və yoldan keçən şəxslər olurlar.
"Biz hər il Aşura günü ehsan süfrəsi qururuq. Qonşular yığışırlar, hamı birlikdə paylaşır. Yoldan keçənlər isə daha çox olur - qadınlar, uşaqlar, tanımadığımız insanlar", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.
Başqa bir sakin isə qeyd edib: "Aşura mərasimi peyğəmbər ailəsinə böyük hörmət və ehtiramın ifadəsidir. Bu günün çox müsbət dəyərləri var, çox gözəl adətdir. Milli və dini kimliyimizin göstəricilərindən biridir. Ehsan süfrəsində təqdim olunan çörək, hətta adi su belə Allah yanında dəyərli sayılır və insanların ruhuna şəfa kimi yayılır".
Oxşar xəbərlər
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident: On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniyada yazılı konstitusiyanın hazırlanması gündəmdədir
-
Fuad Muradov: Xaricdə yaşayan gənclərimiz qərəzli kampaniyalara əsaslandırılmış cavab verməyi bacarmalıdırlar
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
Türkiyədə meşə yanğını tam nəzarət götürüldü
-
ABŞ-də atışma zamanı üç nəfər həlak olub
-
İsrailin əsas şirin su anbarında suyun səviyyəsi kritik həddə qədər enib













