ABŞ İran gəmisinin heyətini azad edib
Far.Az xəbər saytı

ABŞ İran gəmisinin heyətini azad edib


ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın "Touska" gəmisinin 22 heyət üzvü azad edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bütün heyət üzvləri Pakistanın Karaçi şəhərindəki İran konsulluğunun nümayəndəsinə təhvil verilib.

Aprelin 20-də Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Oman körfəzində İranın "Touska" yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxladığını açıqlayıb.

Vaşinqton administrasiyasının rəhbəri daha sonra Çindən yola düşərkən ABŞ tərəfindən saxlanılan İran gəmisinin "məxfi" yük daşıdığını bildirib.

Oxşar xəbərlər

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya - TAM MƏTN
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər