ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Far.Az xəbər saytı

ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir


Amerikanın "Boeing P-8A Poseidon" dəniz patrul təyyarəsi Fars körfəzinin neytral suları üzərində uçur.

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, təyyarə Yaxın Şərqdəki hərbi bazadan havaya qalxıb və hazırda Fars körfəzi üzərində 8000 metrdən çox yüksəklikdə dövrə vurur.

O, həmçinin qeyd edib ki, ərazidə Amerikanın "Boeing KC-46 Pegasus" strateji yanacaqdoldurma təyyarəsi müşahidə olunub.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Oxşar xəbərlər

Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər